Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü

Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Buzovna qəsəbəsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, 2006-cı il təvəllüdlü, II qrup əlil Mahir Bəkirov qonşuluqda yaşayan 2012-ci il təvəllüdlü, zərərçəkmiş Sakit Yusifova (adı, soyadı şərtidir) xəsarət yetirib.

Cinayət materiallarında qeyd edilib ki, zərərçəkmiş onu əvvəllər də psixi xəstəliyi ilə əlaqədar dəfələrlə təhqirlərə məruz qoyub. Mahir buna narazılığını bildirdikdə, Sakit onu 18 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində təkrarən təhqir edib. Bundan əsəbiləşən Mahir qəsdən qisas almaq üçün həmin vaxt velosipedə əyləşmiş vəziyyətdə olan zərərçəkmiş şəxsin bədəninin sol tərəfindən yumruqla vurub. Sonra o, velosipedin üstündən yerə yıxılan Sakiti təpikləyib. Nəticədə zərərçəkmişin daxili qanaxma ilə müşayiət olunan dalağı cırılıb.

Hadisədən sonra Mahir Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv