Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir – İDDİA

Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir – İDDİA






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Hakim, #Məcburi köçkün, #Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, #Quba, #Qubadlı rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən olan keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir.

İddialara görə, o, 32 il əvvəl sığınacaq üçün öz dördotaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edib. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edib.

Mehriban Hüseynova isə səs yazısının ona aid olduğunu inkar etmir.

Mənzilin əsl sahibi Səlminaz Verdiyeva bildirib ki, öz evi olmasına baxmayaraq, yataqxanada yaşayır. Ev sahibi əlavə edib ki, Mehriban Hüseynova və baldızından evini boşaltmalarını tələb edib. Qərar verilib ki, həmin keçmiş məcburi köçkünlər evi boşaltsınlar, lakin onlar buna əməl etmirlər və əksinə, pul tələb edirlər.

Hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

Qubadlı Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, baş verənlərlə bağlı sözügedən ailə ilə görüş keçirilib. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hələ ki, hər hansı mənzil yoxdur.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv