Saçlarını gözəllik salonlarında yuduranların nəzərinə!

Saçlarını gözəllik salonlarında yuduranların nəzərinə!






presstv

"Presstv"az #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gözəllik salonlarında və bərbərlərdə saç yumağın sağlamlıq risklərinə səbəb ola biləcəyi açıqlanıb.

presstvaz xəbər verir ki, Westminster Universitetinin nevroloqu Maria Aşioti "gözəllik salonu insult sindromu" (BPSS) adlanan nadir, lakin təhlükəli vəziyyət barədə xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə bu sindrom saç yuyularkən boynun həddindən artıq arxaya əyilməsi və dönməsi nəticəsində baş verir. Bu zaman boyundakı əsas damarlar sıxılır, beyin qan dövranı pozulur və insult riski yaranır.

BPSS adətən 50 yaşdan yuxarı qadınlarda daha çox müşahidə olunur. Boyun artriti, damar daralması və ya sümüklərdə çıxıntılar olan şəxslər risk qrupuna daxildir. Lakin sağlam insanlarda da nadir hallarda belə hal baş verə bilər.

Xəstəliyin ilkin əlamətləri boyun ağrısı, başgicəllənmə və halsızlıqdır. Daha sonra isə üzün sallanması, bədənin bir tərəfində zəiflik və nitq pozuntuları kimi tipik insult simptomları ortaya çıxa bilər.

Aşioti bildirib ki, riskin azaldılması üçün saç yuyularkən boynun çox arxaya əyilməsinə imkan verməmək, dəsmal və ya yastıqla dəstək qoymaq, narahatlıq hiss olunarsa mövqeyi dəyişmək tövsiyə olunur.

Qeyd edək ki, BPSS çox nadir hallarda rast gəlinir, lakin vaxtında müəyyən edilmədikdə ağır nəticələrə səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv