Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi

Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi






presstv

"Presstv"az #Azərbaycan, #Doğum günü, #Həştərxan, #Rusiya, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

presstvaz təbrikin mətnini təqdim edir:

“Hörmətli Mehriban Arif qızı.

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, çoxtərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

İnanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən işgüzar tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcəkdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv