Bu məşhurların ailəsində tələbə sevinci var – FOTO

Bu məşhurların ailəsində tələbə sevinci var – FOTO






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Təbrik, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Modern.az xəbər verir ki, Universitetə daxil olan yüzlərlə tələbələr arasında məşhurların övladları, sənət adamları var.

Əməkdar artist Elnur Əhmədovun qızı tələbə adını qazananlar arasındadır. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

Müğənninin qızı Ləman 620 bal toplayaraq ADA Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub.

"Gözəl qızım Ləman, səni ürəkdən təbrik edirəm. Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm.  Allah hər birini qorusun", – o, paylaşımında qeyd edib. 

Xalq artisti Möhlət Müslümovun isə nəvəsi tələbə adını qazanıb. 

"Əziz Mələk balam səni Bakı Dövlət Universitetinin Riyaziyyat (tədris ingilis dilində) fakültəsinə qəbul olmağın münasibəti ilə təbrik edirəm. Qəbul olan bütün tələbələri təbrik edirəm, tələbə adınız mübarək!" – deyə o öz paylaşımında bildirib. 

Müğənni Samir Piriyevin böyük qızı Aişə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına Dizayn ixtisası üzə qəbul olunub.

Müğənni Mərdan Kazımov özü növbəti dəfə tələbə adını qazanıb.

O, bu haqda sosial media hesabında paylaşım edib:

"30 yaşımda tələbə adını qazandım. İkinci təhsil ADMİU… Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Populyar musiqi və caz ifaçılığı (vokal), əyani… Nəzrin, sözümü tutdum"- deyə paylaşımında bildirib.

Aktrisa Xəyalə Quliyevanın isə oğlu universitetə  qəbul olunub. Bu barədə sənətçi özü məlumat yayıb. Oğlu ilə fotosunu paylaşan Xəyalə "Qəbul olduq. Tələbə oğlum" şərhini yazıb.

Aparıcı Zümrüd Bədəlovanın qızı da tələbə adını qazananlar siyahısındadır. Onun qızı Türkiyədə təhsil alacaq. 
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv