Cəmiyyətdən sərt təpki: “Uşaqlar sosial media qurbanına çevrilirlər”

Cəmiyyətdən sərt təpki: “Uşaqlar sosial media qurbanına çevrilirlər”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #İnzibati Xətalar Məcəlləsi, #Psixoloq, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Sosial şəbəkələr, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər azyaşlı uşaqların iştirak etdiyi və onların yaşına uyğun olmayan məzmunlu videoların müxtəlif platformalarda sürətlə paylaşılması geniş rezonansa səbəb olub.

presstvaz-ın məlumatına görə, bu videogörüntülərdə uşaqların sosial media baxış sayı və bəyənmələri naminə bir növ “istismar” olunduğu açıq-aşkar görünür.

Kadrlarda uşaqların rəqs etmək adı ilə heç bir rəqs hərəkətlərinə uyğun olmayan bayağı hərəkətləri, yaşlarına uyğun olmayan dialoqlarda iştirak etmələri və bu məzmunun gülüş və əyləncə adı altında təqdim olunması ciddi suallar doğurur.

Uşaq hüquqları üzrə mütəxəssislər bildirirlər ki, uşaqların bu şəkildə ictimai rəyə təqdim olunması, onların şəxsi sərhədlərinin pozulması və yetkinlik yaşına çatmamış fərdlərin sosial şəbəkə trendləri uğrunda alətə çevrilməsi narahatedici hal kimi qiymətləndirilir.

Məsələyə hüquqi prizmadan yanaşdıqda uşaqların iştirakı ilə yayımlanan bu cür videolar bir sıra qanunvericilik aktlarının pozulması deməkdir.

Hüquqşünas Emil Aslanov Oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqlar onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilə bilməzlər.

“15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Bundan əlavə, Konstitusiyaya və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilməz və hansısa əməyə cəlb edilə bilməzlər.

Bu səbəbdən də, əgər 15 yaşına qədər olan uşaqlar hansısa əməyə cəlb ediliblərsə, bu hallarda vəzifəli şəxslər 1000 manatdan 1 500 manata qədər məbləğdə, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manata qədər cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Bundan başqa, 15 yaşından 18 yaşınadək olan uşaqlara isə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin yazılı razılığı da alınmalıdır. Yəni bu hallarda uşaq əgər hansısa əməyə cəlb edilirsə, o reklam olunur, hansısa bir, belə deyək, istifadə olunursa, burada artıq əməyə cəlb etmə gedir”, – deyə hüquqşünas bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli isə presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə azyaşlı uşaqların yaşına uyğun olmayan qeyri-etik rəqs görüntülərinin yayılması, uşaqların davranışında və düşüncə tərzində neqativ meyillərin formalaşması, cəmiyyətə düzgün olmayan mesajların verilməsi, eyni zamanda, görüntülərlə bağlı yazılan rəylər uşaqlarda travmaların yaranması ilə nəticələnir, bu isə onların hüquqlarının pozulmasına səbəb olur.

“Azərbaycan Respublikasının Qanunvericiliyində də bu məsələ öz əksini tapıb. Ailə Məcəlləsində valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdığı, qeyd olunub. Əgər valideynlər öz hüquqlarını uşaqların mənafeyinə zidd həyata keçirirlərsə, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirirlərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. 1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır”, – deyə Komitənin məlumatında bildirilir.

Mütəxəssislər bildirirlər sosial mediada populyarlıq qazanmaq naminə uşaqların hüquqlarını və mənəvi sağlamlığını təhlükəyə atmaq yolverilməzdir. Bu həm də onların gələcəkdə psixoloji problemlərlə üz-üzə qalmalarına yol aça bilər.

Ombudsman Aparatından presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır:

“Sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından əvvəl bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli, uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır”.

Psixoloq Ruhiyyə Rüstəmova isə presstvaz-a açıqlamasında bildirib ki, sosial mediada uşaqlar gördükləri davranışları təqlid edir, bu da onların xarakterinin formalaşmasına təsir göstərir.

“Onlar izlədikləri kontentə görə davranışlarını dəyişir, bəzən özlərini dəyərsiz və ya dəyərli hiss edirlər. “Layk”lara və şərhlərə asılılıq, uşaqlarda emosional zəiflik və özünəinam problemləri yarada bilər. Valideynlər uşaqların sosial mediadan təhlükəsiz və düzgün istifadə etməsi üçün onlara nəzarət etməli, düzgün məlumat verməli və səhifə istifadəsini məhdudlaşdırmalıdırlar. Uşaqların şəxsiyyət kimi dəyərləndirilməsi, emosional və sosial inkişaflarının qorunması önəmlidir. Sosial mediada uşaqların qorunması üçün təhlükəsizlik alətləri aktiv istifadə olunmalıdır”, – deyə psixoloq bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv