Epşteynin köməkçisi: “Tramp hər cəhətdən alicənab idi”

Epşteynin köməkçisi: “Tramp hər cəhətdən alicənab idi”






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Məhkum, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ifşa edilmiş amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Qisleyn Maksvell dindirmə zamanı ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarına deyib ki, Birləşmiş Ştatların indiki lideri Donald Tramp tərəfindən heç vaxt hər hansı bir nalayiq davranış görməyib.

presstvaz bu barədə “The Washington Post” qəzetinə istinadla xəbər verir.

“Mən prezidenti heç vaxt uyğun olmayan şəraitdə görməmişəm. Onun yanında olduğum bütün müddət ərzində prezident heç vaxt heç kimlə nalayiq şəkildə davranmayıb. O, hər cəhətdən alicənab idi”, – deyə o vurğulayıb.

Hazırda həbsdə olan Maksvell bildirib:

“Prezident Tramp həmişə mənə qarşı çox səmimi və mehriban olub”.

Qeyd edək ki, Maksvellin dindirilməsi iyul ayında keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Nyu-York məhkəməsi Böyük Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum edib. Britaniyalı qadın Epşteynlə yaxın münasibətdə olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv