Lukaşenko: “Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz”

Lukaşenko: “Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz”






presstv

"Presstv"az #ABŞ, #Aleksandr Lukaşenko, #Azərbaycan, #Belarus, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Jurnalistlər, #Nikol Paşinyan, #Təbrik, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-li həmkarı Donald Trampı Ermənistan və Azərbaycan arasında vəziyyətin uğurla nizamlanmasına görə təbrik edib.

presstvaz “Belta”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, ABŞ prezidenti ilə telefon danışığının yeni təfərrüatını açıqlayıb:

“Bu, böyük uğurdur. Dedim ki, yaxşı ki, imkan tapıb onları danışıqlar masası arxasına əyləşdirdiniz. Siz azərbaycanlılar və ermənilərlə belə bir saziş imzaladınız. Heç kim buna qarşı çıxa bilməz. ABŞ bu dəhlizin (Zəngəzur – red.) Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək. Bu, sülh sazişidir”, – Lukaşenko qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişi paraflayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv