Yeni tədris ili üçün tədris planları təsdiq edilib

Yeni tədris ili üçün tədris planları təsdiq edilib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, #Emin Əmrullayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə əmr imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

“Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin:

1.1. dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” (1 və 2 nömrəli əlavələr);

1.2. ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri üçün tədris planı (3 nömrəli əlavə);

1.3. ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün tədris planı (4 nömrəli əlavə);

1.4. azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (5, 6, 7 və 8 nömrəli əlavələr);

1.5. 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər (9 nömrəli əlavə)”.

Əmrə əsasən, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etməli, Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etməli, Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməli, əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv