Venesuela sahillərində hərbi qarşıdurma: ABŞ esmines göndərir, Maduro səfərbərlik elan edir

Venesuela sahillərində hərbi qarşıdurma: ABŞ esmines göndərir, Maduro səfərbərlik elan edir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Gəmi, #Nikolas Maduro, #Qətər, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ gəmiləri narkokartellərlə mübarizə əməliyyatı çərçivəsində həftəsonuna qədər Venesuela sahillərinə çata bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Prezident Tramp olduqca aydın və ardıcıl danışdı. O, ölkəmizə narkotik axınını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-nin bütün imkanlarından istifadə etməyə hazırdır”, – deyə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Telekanalın məlumatına görə, əməliyyat ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Venesuela Prezidenti Nikolas Maduroya təzyiqlərinin artması fonunda həyata keçirilir. Tramp Maduronu narkotik alveri ilə bağlı olduğu iddia edilən cinayətlərdə ittiham edir.

Öz növbəsində Venesuela Prezidenti Nikolas Maduro ölkədə vəziyyətin sabitliyini pozmağa yönəlmiş ABŞ-dən gələn təhlükə ilə əlaqədar Bolivar Milli Milislərinin səfərbər olunduğunu bəyan edib.

Maduronun sözlərinə görə, Bolivar Milli Milislərinin 4.5 milyondan çox üzvü var.

Qeyd edək ki, avqustun 19-da Pentaqondakı mənbələrə istinadən xəbərlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesin tezliklə Karib dənizinin cənubuna çatacağı və narkokartellərlə mübarizə əməliyyatları aparmaq üçün Venesuela sahillərində olacaqları bildirilirdi. Gəmilər kəşfiyyat və müşahidə missiyaları həyata keçirəcək, həmçinin lazım gəldikdə dəqiq zərbələr endirəcək. Gəmilərin göyərtəsində 4 500-ə yaxın hərbçi var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv