Kolumbiyada terror aktı: Ölənlər var

Kolumbiyada terror aktı: Ölənlər var






presstv

"Presstv"az #Bakı, #Hakim, #Hərbi Hava Qüvvələri, #Kolumbiya, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiyanın Kali şəhərində aviabazanın yaxınlığında partlayış baş verib.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şəhər hökuməti məlumat verib.

Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

“Kali növbəti dəfə narkoterrorçuların hücumunun qurbanı oldu. Hərbi hava qüvvələri bazasının yaxınlığında yük maşını partladı”, – deyə şəhər meri Alexandro Eder sakinlərə müraciətində bildirib.

Kali hökumətinin “X” səhifəsində qeyd edilib ki, şəhərin bütün xilasetmə xidmətləri zərərçəkənlərə kömək etmək üçün cəlb olunub.

“Hökumət orqanları ilkin olaraq 5 nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verib”, – deyə mətndə yazılıb.

Alexandro Eder hücuma görə məsuliyyət daşıyanları tapmağa kömək edəcək şəxslərə məlumat müqabilində mükafat elan edib. Hakimiyyət həmçinin saat 4:00-a qədər (Bakı vaxtı ilə 13:00 – red.) yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv