Türkiyəli nazir: “Zəngəzur dəhlizi beş ildən sonra tam reallaşacaq”

Türkiyəli nazir: “Zəngəzur dəhlizi beş ildən sonra tam reallaşacaq”






presstv

"Presstv"az #Abdulkadir Uraloğlu, #Azərbaycan, #Bakı, #Dollar, #Nəqliyyat, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəngəzur dəhlizi beş ildən sonra tamamilə həyata keçiriləcək”.

presstvaz-ın xəbərinə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “CNN Türk” telekanalının efirində Zəngəzur dəhlizinin komponenti olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti barədə danışarkən deyib.

“224 kilometrlik xətt sərhədlərimiz daxilindədir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var, 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam reallaşacaq”, – deyə nazir vurğulayıb.

Uraloğlu əlavə edib ki, xətt Qarsdan Tuzluca, İğdır, Aralık, Dilucuya, oradan Naxçıvana və ardınca Zəngəzur dəhlizinə, oradan da Azərbaycana çatacaq:

“Dörd-beş il tamamlama üçün normal müddətdir və xarici kredit sənədlər imzalandığı üçün heç bir maliyyə problemi yoxdur. Şirkət maliyyələşməni gözləmir, 2,4 milyard dollarlıq layihədir. Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xətdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv