Saakaşvilinin 2008-ci il seçkisindəki rəqibi vəfat edib

Saakaşvilinin 2008-ci il seçkisindəki rəqibi vəfat edib






presstv

"Presstv"az #Gürcüstan, #Hakim, #Türkiyə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan parlamentinin beşinci və altıncı çağırış deputatı 61 yaşlı Levan Qaçeçiladze uzun sürən xəstəlikdən sonra vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı siyasətçinin qohumları və dostlarına istinadən məlumat yayıb.

Qaçeçiladze bu yaxınlarda xəstə idi. O, Türkiyədə müalicə alırdı, amma nəticəsi olmadı.

Qaçeçiladze siyasi karyerasına 1999-cu ildə beşinci çağırış Gürcüstan parlamentinin deputatı olmaqla başlayıb. O, keçmiş prezident Eduard Şevardnadzenin yaratdığı “Gürcüstan Vətəndaşları İttifaqı” hakim partiyasının partiya siyahısı ilə parlamentə daxil olub.

2004-cü ildə Qaçeçiladze yenidən parlamentə seçilib, lakin bu dəfə Tbilisinin Vake seçki dairəsindən majoritar deputat seçilib. O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onun hökumətinin qatı əleyhdarlarından biri olub. 2008-ci ildə Qaçeçiladze Gürcüstan prezidentliyinə namizəd və Saakaşvilinin əsas rəqibi olub. Prezident seçkisində o, 25.7% səs toplayıb və ikinci yeri tutub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv