Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib? – RƏSMİ MÜNASİBƏT

Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib? – RƏSMİ MÜNASİBƏT






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Fiziki zorakılıq, #Hadisə, #Naxçıvan Dövlət Universiteti, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Dövlət Universitetinin (NDU) bir qrup tələbəsinin dekan müavindən narazı olması ilə bağlı iddialar yayılıb.

presstvaz xəbər verir ki, universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin birinci kurs tələbələrinin dekan müavini Abbas Əhmədovun onlara qarşı fiziki zorakılıq və təhqirlər etdiyi, hətta bir tələbəni pilləkəndən itələyərək ağır xəsarət almasına səbəb olduğu haqqında iddiaları sosial şəbəkədə müzakirə mövzusu olub.

İddiaya görə, mayın 8-də müəllimə Aysel Quliyevanın təşəbbüsü ilə tələbələrin bir araya gələrək ünsiyyət qurması üçün ayrılmış məkanda təşkil olunan görüş zamanı Abbas Əhmədov zorakılıq edərək, dövlətə məxsus əşyaları sındırıb, tələbə və müəllimlərə qarşı təhqir və psixoloji təzyiq göstərib, hətta əraziyə polis çağırılıb. Hadisədən üç ay keçməsinə baxmayaraq, dekan müavinin hərəkətləri ilə bağlı heç bir addım atılmayıb.

Bundan əlavə, paylaşımda qeyd olunub ki, tələbələrin ən çox etiraz etdikləri məqam müəllimə Aysel Quliyevanın polis çağırdığı üçün işdən azad olunmasıdır. Onlar müəllimənin işə bərpa olunmasını və Abbas Əhmədovun vəzifəsindən azad olunmasını tələb ediblər.

Məsələ ilə bağlı  Oxu.az-ın sorğusuna cavab olaraq Naxçıvan Dövlət Universitetindən bildirilib ki, sosial şəbəkədə paylaşılan yazı tamamilə əsassızdır.

“Yazının tələbələr tərəfindən deyil, Aysel Quliyevanın özü tərəfindən yazıldığı sübut edilib.

Məlumat üçün bildiririk ki, Aysel Azər qızı Quliyeva 2024-cü il sentyabrın 11-də rektorluğun müvafiq əmri ilə bir il müddətinə universitetin Beynəlxalq münasibətlər kafedrasında 0.5 ştat müəllim vəzifəsinə təyin olunub.

Əmək fəaliyyəti dövründə tədris prosesinə məsuliyyətsiz yanaşdığı, dərs cədvəlinə və əmək intizamına riayət etmədiyi, mütəmadi olaraq gecikmələrə və izahat verilmədən dərsləri buraxmasına yol verdiyi müşahidə olunub. Bununla yanaşı, iş yoldaşları və rəhbərliklə əməkdaşlıqda çətinliklər yaşanmış, əmək intizamı qaydalarına uyğun olmayan davranışları barədə ona dəfələrlə xəbərdarlıq edilib.

Bu il mayın 8-də isə Aysel Azər qızı Quliyeva tərəfindən əsassız şəkildə, heç bir real fakta əsaslanmadan, universitetin tədris binasında baş vermədiyi tam şəkildə sübuta yetirilmiş uydurma bir hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Naxçıvan Şəhər Polis İdarəsinin apardığı araşdırma nəticəsində bu məlumatın həqiqətə uyğun olmadığı, yalan və ictimai rəyi çaşdırmaq məqsədi daşıdığı müəyyən edilib.

Qeyd olunan hallar əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin kobud şəkildə pozulması ilə yanaşı, “Təhsilverənlərin etik davranış Qaydaları”na zidd hərəkətlərdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edilib və bu barədə ona müvafiq qaydada məlumat verilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, müddətli əmək müqaviləsinin bitməsi əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsasını təşkil edir və işəgötürənin bu barədə qərar qəbul etmək səlahiyyəti var. Bununla belə, qeyd olunan qeyri-etik və əsassız davranışlar əmək müqaviləsinin yenilənməməsi üçün əlavə əsaslar təşkil edib”, – deyə açıqlamada vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv