ABŞ-də saxta “Labubu” oyuncaqlarının ölümcül təhlükəsi barədə xəbərdarlıq

ABŞ-də saxta “Labubu” oyuncaqlarının ölümcül təhlükəsi barədə xəbərdarlıq






presstv

"Presstv"az #ABŞ, #Çin, #Honkonq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası saxta “Labubu” oyuncaqlarının ciddi təhlükəsi barədə xəbərdarlıq edib və bunun kiçik uşaqların ölümünə səbəb ola biləcəyini bildirərək, insanları saxta oyuncaqlardan çəkinməyə çağırıb.

presstvaz-ın xəbərinə görə, bu barədə qurumun saytında dərc olunan bəyanatda məlumat verilib.

“ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) kiçik uşaqlar üçün ciddi boğulma təhlükəsi və ölüm riski yaradan saxta “Labubu” yumşaq oyuncaqları ilə bağlı istehlakçıya təcili xəbərdarlıq edir”, – deyə məlumatda bildirilib.

Komissiya saxtakarlığın qarşısını almaq üçün təlimat təqdim edib. ABŞ-lilərə, həmçinin alqı-satqıdan yayınmaq və oyuncaqdakı dişlərin sayını yoxlamaq tövsiyə olunub ki, onlar orijinal ilə uyğunluq təşkil etsin.

Kolleksiya fiqurları, tüklü breloklar və böyük “Labubu” kuklaları Çinin “Pop Mart” mağazalar şəbəkəsində satılır. “Labubu” dişli təbəssümü olan bir elf canavarıdır. Personaj Honkonqdan olan dizayner Kasinq Lunq tərəfindən yaradılıb. Daha əvvəl “Labubu” kiçik tüklü oyuncaqlar şəklində böyük populyarlıq qazanmışdı ki, onlar qapalı və yalnız aldıqdan sonra açılması mümkün olan qutularda satılırdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv