Almaniyada qadın yağış suyunu oğurlamaqda ittiham olundu

Almaniyada qadın yağış suyunu oğurlamaqda ittiham olundu






presstv

"Presstv"az #Almaniya, #Avto, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın Şpayxingen şəhərində 51 yaşlı yerli sakin qonşusundan 40 litr yağış suyu oğurlamaqda ittiham olunur.

presstvaz xəbər verir ki, bu barədə “Die Welt” qəzeti Konstans polisi istinadən məlumat yayıb.

Hadisə qadının iki dəfə 38 yaşlı qonşusunun yağış çəlləyinə yaxınlaşması zamanı baş verib.

Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasına görə, səhər saat 4 radələrində şübhəli şəxs iki suvarma qabı ilə küçənin o tayına keçib, onları yağış suyu ilə doldurub və hətta yanından avtomobil keçərkən zibil qabının arxasında gizlənib.

Polisin hesablamasına görə, oğurlanmış suyun ümumi dəyəri cəmi 15 avro senti təşkil edir.

Məbləğin kiçik olmasına baxmayaraq, hüquq-mühafizə orqanları bildiriblər ki, bu hal həqiqətən də oğurluq kimi qiymətləndirilir. Çünki çəlləyə toplanan su onun sahibinin mülkiyyəti hesab olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv