Tramp: “Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik”

Tramp: “Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Alyaska, #Avropa, #Donald Tramp, #Kiyev, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik”.

presstvaz UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti və Avropa liderləri ilə birgə görüş zamanı bəyan edib.

“İndi Ukraynanın xəritəsinə baxmaq çox kədərlidir. Putin Alyaskada keçirilən sammitdə razılaşıb ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul edəcək. Biz bütün razılaşmaları bu gün əldə edəcəyik”, – Tramp Avropa liderləri ilə görüşündə bildirib.

ABŞ prezidenti danışıqların uğurlu nəticələnəcəyi təqdirdə Rusiyanın bir sıra müsbət addımlar atacağını gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva min ukraynalı hərbi əsiri dərhal Kiyevə təhvil verməlidir.

Tramp həmçinin, Putin və Zelenskinin iştirakı ilə Ukrayna üzrə üçtərəfli görüşün keçiriləcəyinə əmin olduğunu deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın sözlərini təsdiqləyərək, ABŞ prezidenti ilə çox yaxşı danışıqlar apardıqlarını bildirib.

“Mən nikbinəm ki, biz Ukraynaya qarşı gələcək təcavüzün qarşısını alacaq razılığa gələ biləcəyik. Mən Trampa xəritədə bir neçə nüans göstərdim və buna görə ona təşəkkür edirəm. Həssas ərazi məsələləri isə Putinlə üçtərəfli görüşdə müzakirə olunmalıdır”, – Zelenski vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv