Şavkat Mirziyoyev: “Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpüdür”

Şavkat Mirziyoyev: “Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpüdür”






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #İlham Əliyev, #Özbəkistan, #Şavkat Mirziyoyev, #Təbrik, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır”.

presstvaz Özbəkistan prezidentinin saytına istinadən xəbər verir ki, bu sözləri “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Onun sözlərinə görə, forum Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaradır.

Prezident Ş.Mirziyoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb.

“Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumi regional proseslərin inkişafında iştirak etmək istəyini və Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqını böyük tarixi nailiyyət – ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla üçtərəfli Bəyannamənin imzalanması münasibətilə bir daha səmimi qəlbdən təbrik edirik”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv