“Santos” doğma meydanda böyük hesabla məğlub oldu – Neymar gözyaşlarını saxlaya bilmədi

“Santos” doğma meydanda böyük hesabla məğlub oldu – Neymar gözyaşlarını saxlaya bilmədi






presstv

"Presstv"az #Braziliya, #Futbol, #Neymar, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur futbol ulduzu Neymarın da heyətində yer aldığı “Santos” klubu Braziliya A Seriyasının 20-ci turunun ev oyununda Rio-de-Janeyro “Vasko da Qama”sına biabırçı hesabla uduzub – 0:6.

presstvaz xəbər verir ki, matçdan sonra Neymar komanda yoldaşlarının onu sakitləşdirmək cəhdlərinə baxmayaraq, meydanda qalıb və uzun müddət ağlayıb. O, gözyaşları içində stadionu tərk edib.

Hesab 0:6 olduqdan sonra meydan sahiblərinin azarkeşləri baş verənlərə münasibət nümayiş etdirərək, arxalarını meydançaya çeviriblər. Bir çox yerli azarkeş stadiona üzərində Neymarın şəkli olan köynəkdə gəlib.

Qeyd edək ki, “Santos” hazırda 21 xalla A Seriyasında 15-ci yerdədir. Klubu aşağı liqa zonasından cəmi iki xal ayırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv