Bu 2 tərəvəz qızardıldıqda "zəhərə" çevrilir

Bu 2 tərəvəz qızardıldıqda "zəhərə" çevrilir






presstv

"Presstv"az #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dietoloqlar və elm adamları kartof və badımcanın xüsusilə qızardılmış halda istehlakının sağlamlıq üçün riskli ola biləcəyini bildiriblər.

presstvaz xəbər verir ki, mütəxəssislərin sözlərinə görə bu iki tərəvəz yüksək temperaturda qızardıldıqda tərkiblərindəki nişasta və bəzi digər maddələr zərərli birləşmələrə çevrilə bilər. Bu proses nəticəsində akrilamid kimi kanserogen maddələrin yaranması mümkündür.

Həmçinin, qızartma zamanı istifadə olunan yağın keyfiyyəti və təkrar istifadəsi də təhlükəni artırır.

Qeyd olunur ki, bu maddələrin uzun müddət bədənə daxil olması orqanizmdə hüceyrə zədələnməsinə, iltihab proseslərinin güclənməsinə və hətta xərçəng riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər bu tərəvəzlərin daha sağlam bişirmə üsulları ilə, yəni buxarda, sobada və ya qaynadılmış halda istifadəsini tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv