ABŞ Energetika Nazirliyi 2025-26-cı illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu təsdiqləyib

ABŞ Energetika Nazirliyi 2025-26-cı illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu təsdiqləyib






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək.

Trend-in məlumatına görə, ölkədə xam neft hasilatı üzrə proqnoz əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.

2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir.

2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.

2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına əsasən, neft hasilatının ümumi həcmi kondensat da daxil olmaqla 13,7 milyon ton təşkil edib. Bunlardan 8 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının, 1,9 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu isə "Abşeron"un payına düşüb. SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkil edib.

2024-cü ilin birinci yarısında neft, o cümlədən kondensat ixracı 11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇG konsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə "Abşeron"un payına düşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv