Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd etdi

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd etdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Alyaska, #Avropa, #Avropa Komissiyası, #Donald Tramp, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

presstvaz report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.

"Bizə real danışıqlar lazımdır. Bu o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xəttdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik", – Zelenski deyib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Rusiyanın Donetsk bölgəsində heç bir uğuru yoxdur və 12 ildir Kreml rəhbəri Vladimir Putin bu ərazini ələ keçirə bilmir:

"Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib".

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ağ Evin rəhbəri Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv