Zelenski ilə birlikdə ABŞ-yə Trampla görüşə yollanacaq liderlər məlum oldu

Zelenski ilə birlikdə ABŞ-yə Trampla görüşə yollanacaq liderlər məlum oldu






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Almaniya, #Avropa, #Avropa Komissiyası, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Emmanuel Makron, #Finlandiya, #Fransa, #İtaliya, #Mark Rütte, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenskinin avqustun 18-də keçiriləcək görüşündə iştirak etmək niyyətində olduğunu bildirib.

presstvaz xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Zelenskinin xahişi ilə mən onun bazar ertəsi ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qoşulacağam”, – deyə o vurğulayıb.

AK rəhbəri, həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam saatlarında Zelenskinin iştirakı ilə “İstəklilər koalisiyası”nın telekörpüsü keçiriləcək.

Bundan başqa, Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv