Rəqsanə İsmayılovanın həbsinin TƏFƏRRÜATI məlum olub

Rəqsanə İsmayılovanın həbsinin TƏFƏRRÜATI məlum olub






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Cinayət işi, #Dələduzluq cinayəti, #Dollar, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müğənni Rəqsanə İsmayılovanın həbs olunmasının təfərrüatı məlum olub.

presstvaz presstvaz-a istinadən xəbər verir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək dələduzluq əməlini törədib.

Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Müğənni isə bu məbləğ qarşılığında Rusiyada həbsdə olan iş adamını azadlığa buraxdıracağına söz verib. Lakin 2 il keçməsinə baxmayaraq, həmin şəxs azadlığa buraxılmayıb.

Daha sonra onun yaxınlarının şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv