Yuxuya getməyimiz üçün faydalı qidalar

Yuxuya getməyimiz üçün faydalı qidalar






presstv

"Presstv"az #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Düzgün seçilən şam yeməyi yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyimizi asanlaşdıra bilər. Bəs hansı qidalar yuxuya getməyimizə kömək, hansıları isə mane olur?

presstvaz “Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu suala diyetoloq, tibb sahəsi üzrə ekspert İrina Popkova cavab verib.

Mütəxəssis yatmazdan əvvəl yemək üçün faydalı olan qidaları sadalayıb.

O qeyd edib ki, tərəvəz və meyvələr, xüsusən, banan, kivi, albalı orqanizmi rahatlamağa kömək edən melatonin və maqneziumla zəngindir.

İ.Popkova bildirib ki, karbohidratlardan qarabaşaq yarması, yulaf, şirin kartof orqanizmin rahat şəkildə istirahət rejiminə keçməsinə kömək edir.

“Triptofanla zəngin olan qidalar – hind quşunun əti, balqabaq toxumu, badam da yuxu hormonunun istehsalında iştirak edir. Bitki çayları – çobanyastığı, limon balzamı sinir sistemini sakitləşdirir və orqanizmin yuxuya getməsinə kömək edir” – deyə diyetoloq qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv