Cənubi Afrika generalının Tehrandakı bəyanatları gərginliyə səbəb olub

Cənubi Afrika generalının Tehrandakı bəyanatları gərginliyə səbəb olub






presstv

"Presstv"az #İran, #Qəzza, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Afrika Milli Müdafiə Qüvvələrinin baş komandanı, general Rodzani Mafvanya Tehranda İran rəsmiləri ilə görüşüb. O, Qəzza məsələsində İranla həmrəy olduğunu bildirib. Əldə olan məlumata görə, bu bəyanatlar Cənubi Afrikanın özündə etiraza səbəb olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Cənubi Afrika Müdafiə Nazirliyi generalın sözlərinin şəxsi xarakter daşıdığını və dövlətin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. Nazirlik hətta onun məsuliyyətə cəlb olunmasını da tələb edib.

Xarici İşlər Nazirliyi də bəyan edib ki, xarici siyasət məsələləri üzrə rəsmi mövqe ancaq səlahiyyətli strukturlar tərəfindən ifadə oluna bilər.

Qeyd edilir ki, İranda müsbət siqnal kimi qəbul edilən bu bəyanatlar Cənubi Afrika daxilində diplomatik mübahisəyə səbəb olub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv