Viktor Orban: “Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi”

Viktor Orban: “Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi”






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Donald Tramp, #Macarıstan, #Rusiya, #Sergey Lavrov, #Viktor Orban, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşünün iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə səbəb olacağına inanır.

presstvaz-ın xəbərinə görə, bu barədə Orban “Facebook” hesabında etdiyi paylaşımda yazıb.

“İllərdir, iki ən böyük nüvə dövlətinin əməkdaşlıq çərçivələrini necə məhv etdiyini və bir-birinə təhdidlər yağdırdığını müşahidə edirdik. İndi bu sona çatdı. Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi”, – deyə o bildirib.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar “üçün-üçə” tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv