"Niyə mənə doğru-düzgün qiymət verilmir?" – Əməkdar artist gileyləndi

"Niyə mənə doğru-düzgün qiymət verilmir?" – Əməkdar artist gileyləndi






presstv

"Presstv"az #Azərbaycan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndiki yaşam şərtləri ilə dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır.

presstvaz xəbər verir ki, bu fikirləri report.az-a müsahibəsində Əməkdar artist Nəcibə Hüseynova deyib.

Onun sözlərinə görə, zaman keçdikcə bu peşənin nümayəndələrinin gəliri ilə bağlı irəliləyiş hiss olunmur:

"İllər ötdükcə adam püxtələşir, peşəkarlaşır və düşünürsən ki, axı niyə aldığım qonorarda artım yoxdur? Niyə mənə doğru-düzgün qiymət verilmir? Niyə işimə qiymət az verilir?".

Nəcibə Hüseynova türk dilində olan filmlərin Azərbaycan dilinə dublyaj edilməsi məsələsinə də toxunub.

"Bir dəfə verilişlərin birində üzdə olan siyasətçilərdən biri mənə dedi ki, türk filmlərinin dublyajına nə ehtiyac var? Dedim, biz azərbaycanlı deyilik? Bizim ana dilimiz Azərbaycan dili deyil? Vəssalam da. Türkiyədə maraqlanın görün Azərbaycan dilində film nümayiş olunur? Yox. Baxdı, baxdı, dedi, düz deyirsiniz. Dil məsələsi mənim həssas yerimdir, bir millət öz dilini qorumasa, özü məhv olacaq", – o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv