Avrokuboklarda klublar arasında ən çox qələbə qazanan ölkələr müəyyənləşdi

Avrokuboklarda klublar arasında ən çox qələbə qazanan ölkələr müəyyənləşdi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Avstriya, #Azərbaycan, #Belarus, #Belçika, #Bolqarıstan, #Danimarka, #Ermənistan, #Estoniya, #Finlandiya, #Fransa, #Gürcüstan, #İsrail, #Latviya, #Macarıstan, #Moldova, #Niderland, #Norveç, #Polşa, #Qazax, #Qazaxıstan, #Serbiya, #Slovakiya, #Türkiyə, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gecə avrokuboklarda III təsnifat mərhələsinin başa çatması ilə cari mövsümdə klubların qazandıqları qələbələrin sayı açıqlanıb.

presstvaz xəbər verir ki, Polşa və Kipr komandaları hərəyə 12 qələbə ilə siyahının lideri olub. İsveç klubları 11, Danimarka komandaları 9, Niderland kollektivləri isə 8 qələbə qazanıblar.

Azərbaycan klubları avrokuboklarda Ukrayna, Albaniya, İslandiya, Belarus, İrlandiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya və Macarıstanla birlikdə hərəyə yeddi qələbə əldə edib. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələlərində dörd dəfə qalib gəlib, “Sabah” II təsnifat mərhələsində iki, “Araz-Naxçıvan” isə bir dəfə qələbə qazanıb.

Avrokuboklarda ölkələr üzrə qələbələrin sayı belədir:

12 qələbə – Polşa, Kipr;

11 qələbə – İsveç;

10 qələbə – yoxdur;

9 qələbə – Danimarka;

8 qələbə – Niderland;

7 qələbə – Azərbaycan, Ukrayna, Albaniya, İslandiya, Belarus, İrlandiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya, Macarıstan;

6 qələbə – Şimali Makedoniya, Farer Adaları, Çexiya, Türkiyə, Bolqarıstan, Norveç, Finlandiya;

5 qələbə – Moldova, Avstriya, Şotlandiya, Latviya, Kosovo, Qazaxıstan, Estoniya, Bosniya və Herseqovina, Slovakiya, Sloveniya, İsveçrə;

4 qələbə – Malta, Ermənistan, Xorvatiya, Belçika;

3 qələbə – Cəbəllütariq, Gürcüstan, Litva, Lüksemburq, Yunanıstan;

2 qələbə – Monteneqro, San Marino;

1 qələbə – Lixtenşteyn;

0 qələbə – Uels, Fransa.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv