UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməz qalır

UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməz qalır






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Azərbaycan, #Bakı, #Bolqarıstan, #Macarıstan, #Rusiya, #Sofiya, #UEFA əmsallar cədvəli, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın UEFA əmsallar cədvəlindəki yeri dəyişilməz qalıb.

presstvaz xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.

Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.

Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.

Bu həftə “Qarabağ” Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın “Şkendiya” kollektivini 5:1 (ilk oyun – 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın “Ferentsvaroş” klubuna rəqib olub.

“Sabah” və “Araz-Naxçıvan” isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın “Levski” (Sofiya) komandasına 0:2 (ilk oyun – 0:1), Naxçıvan klubu Kiprdə “Omoniya”ya 0:5 (ilk oyun – 0:4) hesabı ilə yenilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv