"Qarabağ" liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?

"Qarabağ" liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?






presstv

"Presstv"az #Almaniya, #Atletik Bilbao, #Avstriya, #Azərbaycan, #Bavariya, #Belçika, #Borussiya Dortmund, #Danimarka, #Fransa, #İngiltərə, #İspaniya, #İtaliya, #Macarıstan, #Mançester Siti, #Niderland, #Norveç, #PSJ, #Qalatasaray, #Qazax, #Qazaxıstan, #Reyncers, #Serbiya, #Türkiyə, #UEFA Çempionlar Liqası, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi təqdirdə bir sıra nəhəng klublarla qarşılaşa bilər.

presstvaz Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl", "Tottenhem" və "Çelsi" klubları "Qarabağ"ın mümkün rəqibləri sırasındadır.

İtaliyadan "Napoli", "İnter", "Atalanta" və "Yuventus", İspaniyadan isə "Barselona", "Real Madrid", "Atletik Bilbao", "Atletiko Madrid" və "Vilyarreal" klubları Ağdam klubunun qarşılaşa biləcəyi komandalardandır.

Almaniya təmsilçiləri "Bavariya", "Bayer Leverkuzen", "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt", Fransadan isə PSJ, "Olimpik Marsel" və "Monako" da siyahıda yer alır.

Bundan əlavə, Niderlanddan "Ayaks" və PSV, Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Türkiyədən "Qalatasaray", Çexiyadan "Slaviya Praqa" və Yunanıstandan "Olimpiakos" da potensial rəqib ola bilər.

Həmçinin pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsində yer alacaq:

"Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan);

"Srvena Zvezda" (Serbiya) – "Pafos" (Kipr);

"Reyncers" (Şotlandiya) – "Brügge" (Belçika);

"Budyo Qlimt" (Norveç) – "Şturm Qraz" (Avstriya);

"Seltik" (Şotlandiya) – "Kayrat" (Qazaxıstan);

"Bazel" (İsveçrə) – "Kopenhagen" (Danimarka);

"Fənərbağça" (Türkiyə) – "Benfika" (Portuqaliya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv