Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı

Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Cəbrayıl, #Cinayət işi, #Hadisə, #Meşə, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Rusiya, #Şəki, #Ukrayna, #Xəzər Rayon Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən şəxsin qətl törətdiyi üzə çıxıb.

presstvaz Oxu.az-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini Yaşar Həsənov 2014-cü ildə işləmək üçün Rusiyanın Tula vilayətinə gedir.

O, həmin ərazidə taksi sürücüsü işləyən Vicay Cəbrayıllının vasitəsilə rus qadınla tanış olur və onun kirayələdiyi evdə yaşayır. Vicay Cəbrayıllı Yaşara nəsə lazım olsa, kömək edə biləcəyini deyir. Bir müddətdən sonra Vicay Cəbrayıllı Yaşar Həsənovun Abdul adlı azərbaycanlı ilə tanış olduğunu bilir. V.Cəbrayıllı ondan Abduldan uzaq durmasını xahiş edir və bildirir ki, Abdul onun arxasınca danışır. Y.Həsənov bu barədə Abdulla danışır və Abdul Vicayın yalan danışdığını bildirir. Bir müddət sonra Y.Həsənova qadının evinə müvəqqəti qeydiyyata düşmək üçün pul lazım olur və o, bu barədə Vicaya müraciət edir. Vicay ona lazım olan məbləği verir və ona qadının evinə qeydiyyata düşməsinə yardım edir.

Daha sonra Y.Həsənovla Vicay arasında mübahisə yaranır və Yaşar Vicayın ona yalan danışdığını deyir. Mübahisə zamanı Vicay Yaşarı döyür. Yaşar isə Vicaydan bunun heyfini çıxacağını bildirir. Hadisədən bir neçə gün sonra Yaşar yenidən Vicaya zəng vurub onunla söhbət etmək istədiyini deyir. Vicay avrtomobili ilə Yaşarı götürüb yaşadıqları yerdən xeyli kənarda yerləşən meşəyə gedir. Onlar maşında mübahisə edir və əlbəyaxa olurlar. Hadisə zamanı Yaşar üzərində gəzdirdiyi bıçaqla Vicaya ürək nayihəsindən zərbə endirir. Hadisədən sonra Yaşar ərazidən qaçaraq rus tanışının vasitəsilə Ukraynaya, oradan isə Azərbaycana qaçır. 2021-ci ildə Y.Həsənov Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılır. Onun üzərindən narkotik vasitə aşkarlanır.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Y.Həsənov 4 il azadlıqdan məhrum edilir. O, cəzasının 3 il 2 ayını çəkdikdən sonra vaxtından tez azadlığa buraxılır.

Hadisədən bir müddət sonra isə Y.Həsənovun Rusiyada cinayət törətdiyi və axtarışa verildiyi məlum olur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Y.Həsənov saxlanılır və fakta görə cinayət işi başlanır.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Həsənov 9 il 6 ay azadlıqdan məhrum edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv