Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü: Dəstəkləyənlər arasında İlham Əliyev də var

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü: Dəstəkləyənlər arasında İlham Əliyev də var






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Ağ Ev, #Azərbaycan, #Benyamin Netanyahu, #Dollar, #Donald Tramp, #Efiopiya, #Ermənistan, #Hindistan, #İlham Əliyev, #İsrail, #Misir, #Münaqişə, #Nikol Paşinyan, #Norveç, #Pakistan, #Rusiya, #Serbiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev administrasiyası Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini fəal şəkildə təşviq edir.

presstvaz-ın xəbərinə görə, bununla bağlı rəsmi açıqlamada bu məsələdə ABŞ prezidentinə dəstək ifadə edən xarici liderlərin siyahısı dərc olunub.

Siyahıya daxildir:

– Azərbaycan Prezidenti İlham Əliyev;

– Ermənistanın Baş naziri Nikol Paşinyan;

– Kambocanın Baş naziri Hun Sen;

– Qabon Prezidenti Brays Oliqi Nqema;

– İsrailin Baş naziri Benyamin Netanyahu;

– Pakistan hökuməti;

– Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe.

Qeyd edək ki, daha əvvəl Trampın özü beynəlxalq arenada sülhməramlı xidmətlərini dəfələrlə vurğulayıb. Trampın sözlərinə görə, o, Ruanda ilə Konqo arasında münaqişələrin sona çatmasına, Hindistan və Pakistan arasında gərginliyin azalmasına, Serbiya ilə Kosovo arasında münasibətlərin nizamlanmasına töhfə verib.

ABŞ prezidenti Misir və Efiopiya arasında sülhün qorunmasında və İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi pakt olan “Avraam razılaşmaları”nın həyata keçirilməsində roluna xüsusi diqqət yetirir.

Tramp, həmçinin, Ukrayna ilə Rusiya arasında barışığın bərqərar olmasına kömək üçün də cəhdlər edib, lakin indiyədək bu istiqamətdə ciddi nəticələr əldə edilməsinə hələ ki nail olunmayıb.

Maraqlıdır ki, Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı da irəli sürülüb, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Nobel Komitəsinə müraciət etməyi təklif edib.

“Donald Tramp buna layiqdir. O, qısa müddət ərzində uzun danışıqlar prosesini başa çatdıra bildi. Biz Ermənistanın baş naziri ilə birlikdə məktub yazıb Nobel Komitəsinə müraciət edə bilərik”, – deyə Azərbaycan Prezidenti birgə bəyanat zamanı bildirib.

Qeyd edək ki, Nobel Sülh Mükafatı – silah istehsalı sahəsində fəaliyyətinə baxmayaraq, sülhün möhkəmlənməsinə töhfə verməyə çalışan isveçli ixtiraçı və sənayeçi Alfred Nobel tərəfindən təsis edilən beş mükafatdan biridir. İsveçdə təqdim edilən digər Nobel mükafatlarından fərqli olaraq, Sülh Mükafatı laureatları Norveçin paytaxtı Osloda müəyyənləşir.

Mükafatın məbləği Nobel Fondunun investisiya gəlirlərindən və hazırkı məzənnədən asılı olaraq dəyişir, lakin orta hesabla təxminən 100 milyon İsveç kronu (təxminən 1 milyon ABŞ dolları) təşkil edir. 2025-ci ildə bu nüfuzlu mükafat üçün 338 namizəd mübarizə aparır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv