Kolumbiyada qalmaqallı festival: Öküz toreadoru buynuzu ilə vurub öldürdü

Kolumbiyada qalmaqallı festival: Öküz toreadoru buynuzu ilə vurub öldürdü






presstv

"Presstv"az #Hadisə, #Kolumbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiyada keçirilən festival zamanı toreador (öküz döyüşçüsü) heyvanı ələ saldıqdan sonra öküz onu tamaşaçıların qorxu dolu baxışları qarşısında buynuzu ilə vuraraq öldürüb.

presstvaz bildirir ki, bu barədə “El Tiempo” nəşri yazıb.

Məlumata görə, 35 yaşlı Yovanis Markes Kolumbiyanın şimalında yerləşən Maqdalena bölgəsindəki Fundasyon kiçik şəhərciyində keçirilən korrida festivalında iştirak etmiş onlarla toreadordan biri olub. Hadisə ilə bağlı yayılan dəhşətli kadrlarda öküzün Markesi buynuzları ilə havaya atdığı anlar əks olunub.

“O, vəziyyəti yaxşı imiş kimi ayağa qalxdı, lakin qan axırdı. Cəmi bir neçə saniyə keçməmiş yenidən yerə yıxıldı”, – deyə şahidlərdən biri danışıb.

Videoda tamaşaçıların ona ayağa qalxmasına kömək etdikləri və arenadan çıxardıqları görünür. Yovanis Markes yaxınlıqdakı xəstəxanaya aparılsa da, oraya çatanda öldüyü təsdiqlənib.

Korralexa – Kolumbiyanın bəzi yerlərində məşhur ənənədir ki, bu zaman toreadorlar böyük izdiham qarşısında yarışlarda iştirak edirlər. Lakin bu tədbirlər getdikcə dəbdən düşmüş və heyvanlara qarşı qəddar davranışların sərgiləndiyi, eyni zamanda insanların həyatının riskə atıldığı festivallar kimi qəbul edilir.

Keçən il Kolumbiya parlamenti korridanı qadağan edən qanun qəbul edib, lakin bu qanun ancaq 2027-ci ildə tam şəkildə qüvvəyə minəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv