Qapıçı Donnarumma PSJ-dən ayrıldı

Qapıçı Donnarumma PSJ-dən ayrıldı






presstv

"Presstv"az #Ailə, #Bakı, #Fransa, #Futbol, #İngiltərə, #İtaliya, #Mançester Siti, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın “Pari Sen-Jermen” futbol klubunu tərk edib.

presstvaz xəbər verir ki, bu barədə o, özünün “Instagram” səhifəsində məlumat verib.

“Əziz PSJ azarkeşləri, kluba qoşulduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda hər şey etdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq klubun bir parçası ola bilməyəcəyəm və onun uğurlarına töhfə verə bilməyəcəyəm. Bu qərar məni məyus edir və kədərləndirir. Komanda yoldaşlarıma – ikinci ailəmə – hər oyuna görə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəf idi”, – Donnarumma yazıb.

Qeyd edək ki, 26 yaşlı qolkiper 2021-ci ildən PSJ-də oynayıb. PSJ-nin baş məşqçisi Luis Enrike qapıçını heyətdən kənarlaşdırmaq qərarına şəxsən gəldiyini bildirib və əlavə edib ki, ona fərqli tipli qapıçı lazımdır.

Öz növbəsində, italiyalı qapıçı İngiltərənin “Mançester Siti” klubu ilə razılığa gəlib.

Məlumata görə, italiyalı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar aparıb və müqavilə imzalamağa razılaşıb.

12 avqust, 15:24

Baş məşqçinin qərarına əsasən, PSJ-nin əsas qapıçısı Canluici Donnarumma UEFA Superkuboku üçün açıqlanan heyətə daxil edilməyib.

presstvaz xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.

İtaliyalı qolkiperin Superkubok görüşündə forma geyinməyəcəyi klub azarkeşləri arasında suallar yaradıb.

Xatırladaq ki, UEFA Superkuboku matçında PSJ klubu “Tottenhem”lə kubok uğrunda mübarizə aparacaq. Oyun avqustun 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv