Tovuzda iki ahıl qadını öldürüb evi yandıran gənclərə AĞIR CƏZA

Tovuzda iki ahıl qadını öldürüb evi yandıran gənclərə AĞIR CƏZA






presstv

"Presstv"az #Araşdırma, #Cinayət işi, #Məhkum, #Qəsdən adam öldürmə, #Tovuz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.

Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu – 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.

Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.

Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kəndlərdə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.

Məhkəmə hazırda 22 və 20 yaşı olan gənclərə heç bir güzəşt tətbiq etməyərək onları ən ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən, Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza – red.) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv