Anasının Hökumə Əliyevanın doğum günündə çəkilən fotosu müzakirə yaratdı – Atası danışdı

Anasının Hökumə Əliyevanın doğum günündə çəkilən fotosu müzakirə yaratdı – Atası danışdı






presstv

"Presstv"az #Ailə, #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Bakı, #Hava Yolları, #Hökumə Əliyeva, #İlham Əliyev, #Qazax, #Qazaxıstan, #Qroznı, #Sərəncam, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin qəzaya uğraması zamanı şəhidliyə ucalan Hökumə Əliyevanın anasının sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub.

presstvaz Olke.az-a istinadən xəbər verir ki, müzakirələrə səbəb anasının qarşısında H.Əliyevanın fotosu olan tortun qoyulmasıdır.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Qeyd olunub ki, tortun üzərinə şəhidin fotosunun yerləşdirilməsi onun ruhuna, eləcə də ailəsinə hörmətsizlikdir.

Fotonun avqustun 8-də H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilib. Sözügedən fotoda şəhidin anasından arxada AZAL əməkdaşlarının dayandığı görünür. Buna görə də, AZAL tənqidlərin hədəfi olub.

AZAL-dan bildirilib ki, sözügedən tədbirin təşkilatçısı qurum deyil, tortu onlar sifariş verməyiblər və qurum dəvət edilmiş heyətlə yalnız qonaq kimi tədbirdə iştirak edib.

Hökumə Əliyevanın atası Cəlil Əliyev açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiklərini söyləyib.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv