ABŞ-də doqquz bal gücündə zəlzələ və nəhəng sunami təhlükəsi gözlənilir

ABŞ-də doqquz bal gücündə zəlzələ və nəhəng sunami təhlükəsi gözlənilir






presstv

"Presstv"az #ABŞ, #Kaliforniya, #Kanada, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin sahil zonasında nəhəng sunami ilə müşayiət olunan doqquz bal gücündə zəlzələ baş verə bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Daily Mail” nəşri seysmoloqlara istinadən məlumat verib.

Nəşrin məlumatına görə, yüksək dəqiqlikli sualtı kartoqrafiya (xəritəçəkmə) texnologiyalarından istifadə edilməklə aparılan tədqiqat Kaskad subduksiya zonasında geostatik aktivliyin əlamətlərini üzə çıxarıb. Alimlər burada Şimali Amerika sahilləri boyunca – Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometr uzunluğunda dörd nəhəng qırılma seqmenti aşkar ediblər.

Qeyd edildiyi kimi, bu ərazidə yeraltı təkanlar təkcə bütün sahil infrastrukturunu məhv etməklə kifayətlənməyərək, suyun və atmosferin çirklənməsinə də səbəb ola bilər.

Belə bir zəlzələ 1700-cü ildə indiki ABŞ ərazisində baş verib.

Alimlərin sözlərinə görə, bu kimi təbii kataklizmlər hər 500 ildə bir dəfə təkrarlanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv