Mərhum aktyor ekranlara “qayıdır”

Mərhum aktyor ekranlara “qayıdır”






presstv

"Presstv"az #Aktyor, #Jurnalistlər, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərhum Hollivud aktyoru Metyu Perri “Dostlar” serialında canlandırdığı Çandler Binq obrazı ilə dünyanı güldürsə də, onun real həyat hekayəsi əslində heç də şən olmayıb.

presstvaz “Mirror”a istinadən xəbər verir ki, aktyorun həyatı “Hollivud faciəsi” adlı sənədli filmdə nümayiş etdiriləcək.

Bir saat davam edən film Metyu Perrinin daxili dünyasından və özü ilə şəxsi mübarizəsindən danışır.

Sənədli filmdə jurnalistlər, aktyorun məşhur dostları və hüquq-mühafizə orqanları əməkdaşları ilə eksklüziv müsahibələr yer alır. Həmçinin, Perrinin şöhrət qazanmasından, alkoqol və narkotiklərlə ömür boyu mübarizəsindən bəhs edilir.

Xatırladaq ki, M.Perri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində ölü vəziyyətdə tapılmışdı. Onun dərman atdıqdan sonra evin həyətindəki hovuzda boğulduğu bildirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv