Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə telefon danışığı keçirib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə telefon danışığı keçirib






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Nəqliyyat, #Özbəkistan, #Şavkat Mirziyoyev, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən ABŞ prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.

Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.

Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv