İran XİN: “Azərbaycanla Ermənistan arasındakı saziş dayanıqlı sülhün təminində mühüm addımdır”

İran XİN: “Azərbaycanla Ermənistan arasındakı saziş dayanıqlı sülhün təminində mühüm addımdır”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #İran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran İslam Respublikası Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyir, həm Azərbaycan, həm də Ermənistanla bu mövzuda təmasdadır”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

Qeyd edilib ki, regionda sülh və sabitlik bütün ölkələrin maraqlarına uyğundur.

Nazirlik Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin yekunlaşmasını alqışlayaraq, bunu “dayanıqlı sülhün təminində mühüm addım” adlandırıb.

Bəyanatda, həmçinin, xüsusilə də iki ölkə ilə ortaq sərhədlər yaxınlığında baş verə biləcək hər hansı xarici müdaxilənin mənfi nəticələr doğura biləcəyi və bunun regionun sabitliyinə zərər vuracağı barədə narahatlıq ifadə olunub.

Bəyanatın sonunda qeyd olunub ki, İran Azərbaycan və Ermənistanla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı davam etdirməyə hazırdır. Bu əməkdaşlıq ikitərəfli və regional formatlarda, o cümlədən “3+3” mexanizmi çərçivəsində həyata keçirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv