İsveç mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşündən yazıb

İsveç mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşündən yazıb






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #İrəvan, #Münaqişə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçin geniş oxucu auditoriyasına malik olan nəşrləri – “Dagens Nyheter”, “Svenska Dagbladet”, “Aftonbladet”, “SVT Nyheter”, “Omni” və “Expressen” Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə Birgə Bəyannamənin imzalandığı görüşünü işıqlandırıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, “Svenska Dagbladet”in yazdığına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarəti, turizmi inkişaf etdirmək və diplomatik münasibətlər qurmaq, habelə bir-birinin sərhədlərinə hörmət etmək barədə razılığa gəliblər. Qəzet Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək ticarət və tranzit dəhlizinin, “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu”nun yaradılmasına xüsusi diqqət yetirir. Nəşrin məlumatına görə, dəhlizin adını erməni tərəfi təklif edib. ABŞ Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırıb.

“Dagens Nyheter” nəşri qeyd edir ki, saziş 1990-cı illərin əvvəlindən bağlanmış nəqliyyat marşrutlarının bərpasına yol aça bilər.

“Aftonbladet” müqavilənin şərtlərini təfərrüatı ilə qeyd edib, hərbi məhdudiyyətlərin aradan qaldırılmasını, Azərbaycana birbaşa yardımı qadağan edən 1992-ci il qanununun 907-ci maddəsinin dayandırılmasını, Ermənistan və Azərbaycanın Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürmək niyyətini vurğulayır.

“Omni” xəbər saytının məlumatında qeyd olunur ki, Avropa Şurası və Avropa Komissiyasının birgə bəyanatında razılaşmaya görə hər iki tərəfə və ABŞ administrasiyasına yüksək qiymət verilib və təşəkkür edilib. Məqalədə xatırladılır ki, Ermənistanla Azərbaycan arasında onilliklər ərzində münaqişə var, İrəvan son illərdə Aİ-yə yaxınlaşır, Azərbaycan isə Avropaya mühüm qaz təchizatçısıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv