İsveçrə mətbuatı Cənubi Qafqazı sülh və əmin-amanlığa yaxınlaşdıran Vaşinqton görüşündən yazır

İsveçrə mətbuatı Cənubi Qafqazı sülh və əmin-amanlığa yaxınlaşdıran Vaşinqton görüşündən yazır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #ATƏT-in Minsk Qrupu, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Münaqişə, #Nəqliyyat, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçrə mediasının da diqqəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Sülh Sammiti və imzalanan razılaşmalara yönəlib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçrə Teleradiosu (SRF), həmçinin “Neue Zürcher Zeitung”, “Blick”, “Tagesanzeiger”, “20 Minuten”, “Le Temp” kimi aparıcı gündəlik qəzetlər onillərdən bəri davam edən bir münaqişədə ciddi irəliləyiş əldə olunduğunu bildirirlər. Diqqətə çatdırılıb ki, cümə günü Ağ evdə bir araya gələn Azərbaycan və Ermənistan liderləri sülh razılaşması yolunda mühüm əhəmiyyətə malik Birgə Bəyannaməyə imza atıblar.

“Neue Zürcher Zeitung” yazır ki, bununla da Cənubi Qafqazda sülhə doğru daha bir mühüm addım atılıb. ABŞ-da əldə edilən razılaşmaların tərkibinə Donald Trampın adını daşıyacaq və blokada altında olan sərhədləri açmalı olan nəqliyyat marşrutu daxildir.

“Tagesanzeiger” nəşri isə Azərbaycan Prezidenti İlham Əliyevin birgə bəyanatda 8 avqustun tarixi bir gün olması barədə səsləndirdiyi fikirlərinə yer verib: “Biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu proses nəticəsində Azərbaycan və Ermənistan sülh və barışıq üçün cəsur və məsuliyyətli olacaqlar və razılaşma Qafqazda əbədi sülh ilə nəticələnəcəkdir”.

Məqalədə görüşlərin mahiyyətini təşkil edən digər mövzulara da toxunulub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) məzmunu və reallaşma mexanizmi, eləcə də əhəmiyyətini itirmiş ATƏT-in Minsk qrupunun ləğvi barədə məlumat verilib.

Yekunda bildirilir ki, “Tramp Sülh Marşrutu” adlanan nəqliyyat bağlantısı layihəsi iqtisadi xarakter daşıyır, ticarət, tranzit və enerji daşıyıcılarının nəqlində Cənubi Qafqazın mövqeyini möhkəmləndirməlidir. Ticarət marşrutu Ermənistan ərazisindən keçsə də, bu, həmin dövlətin suverenlik və ərazi bütövlüyünə heç bir xələl gətirməyəcəkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv