Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişini yüksək qiymətləndirib

Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişini yüksək qiymətləndirib






presstv

"Presstv"az #ABŞ, #Almatı, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #Münaqişə, #Qazax, #Qazaxıstan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişini yüksək qiymətləndirib, ABŞ-nin vasitəçilik rolunu və Qazaxıstanın töhfəsini vurğulayıb.

presstvaz xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay öz “Telegram” kanalında məlumat verib.

“Prezident Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişini tarixi əhəmiyyətli nailiyyət hesab edir.

Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və möhkəm sülh əsasında diplomatik əlaqələrin qurulması və əməkdaşlığın inkişafı üçün yol açıb.

Dövlət başçısının fikrincə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub, o, Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilib.

Prezident Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında belə vacib razılaşmaların əldə olunmasına öz töhfəsini verib, sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar yeri kimi Almatını təklif edib.

Orada nazir səviyyəsində danışıqlar keçirilib”, – deyə Tokayevin mətbuat katibi yazıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri cümə günü Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh münasibətləri haqqında bəyannamə imzalayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv