Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır






presstv

"Presstv"az #Dollar, #Sosial şəbəkələr, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellekt mütəxəssislərinin gəlirləri atom bombasının yaradıcısı Robert Openheymerin qazancını artıq 327 dəfə üstələyir.

presstvaz bu barədə “Baza” “Telegram” kanalına istinadla xəbər verir.

Bildirilir ki, tərkibində sosial şəbəkələr və mesencerlər olan transmilli texnologiya holdinqi 24 yaşlı süni intellekt tədqiqatçısı Mett Deytkeyə dördillik 250 milyon dollar dəyərində müqavilə təklif edib. Müqaviləyə əsasən, artıq ilk il üçün ona 100 milyon dollar ödənilə bilər.

Mett Deytke daha əvvəl multimodal süni intellekt sistemi olan “Molmo”nun yaradılmasına rəhbərlik edib. Onun şəkil, səs və mətni emal edən alqoritmlərlə bağlı təcrübəsi, bu sahədə innovasiyalara ciddi səy göstərən və şirkətin həmtəsisçisi olan media maqnatı Mark Zukerberq üçün xüsusi əhəmiyyət daşıyır.

Müqayisə üçün: Atom bombası layihəsi olan “Manhetten” proqramının rəhbəri Robert Openheymer ildə cəmi 10 min dollar maaş alırdı ki, bu da inflyasiyanı nəzərə alsaq, bu gün təxminən 191 min dollara bərabərdir. Aya qədəm qoyan ilk astronavt Nil Armstronqun da illik qazancı indiki hesablamalarla 244 min dollar olub. Deytkenin illik qazancı isə NBA ulduzlarının gəlirləri ilə müqayisə edilə bilər: məsələn, Lebron Ceyms 2025-ci ildə 133.8 milyon dollar, Stef Karri isə 156 milyon dollar qazanacaq.

Bu astronomik məbləğlər texnologiya nəhənglərinin süni ümumi intellekt (AGI və ya fövqəlzəka) sahəsində liderliyə can atması ilə izah olunur. İT şirkətləri bu yarışda üstünlük qazanmaq üçün ən bacarıqlı mütəxəssisləri cəlbedici şərtlərlə öz komandalarına qatmağa çalışırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv