Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı






presstv

"Presstv"az #Dollar, #Qafqaz Müsəlmanları İdarəsi (QMİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən növbəti Ümrə ziyarətinin vaxtı açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, növbəti Ümrə ziyarəti sentyabr ayının əvvəlinə, Məhəmməd Peyğəmbərin mövlud günlərinə təsadüf edəcək.

Onun sözlərinə görə, aprel ayının 20-dən dayandırılan Ümrə ziyarətinin ilk qrupu iyulun 30-da yola düşüb.

“İlk qrup avqustun 6-da Ümrə ziyarətindən geri qayıdıb. İkinci qrupun isə sentyabr ayının əvvəlində yola düşməsi gözlənilir. Qruplar 10 nəfərdən 25 nəfərə qədər təşkil olunur. Ayda 2-3 qrup yola salınır. Bu proses Həcc ziyarətinə təxminən 1 ay qalmışa qədər davam edəcək.

Ümrə ziyarətinin qiyməti hotel və xidmət səviyyələrinə görə 1000 dollar və ya yuxarı olur”, – V.Cahangiri əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv