ABŞ Ədliyyə Nazirliyi Maduronun həbsinə kömək üçün 50 milyon dollar mükafat elan etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun həbsinə kömək üçün 50 milyon dollar mükafat elan etdi






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Donald Tramp, #Nikolas Maduro, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsinə gətirib çıxaracaq məlumat üçün mükafatı iki dəfə artıraraq 50 milyon dollar təyin edib.

presstvaz-ın məlumatına görə, bu barədə ABŞ-nin baş prokuroru Pem Bondi özünün “X” sosial şəbəkəsində xəbər verib.

O qeyd edib ki, Maduro ABŞ-yə ölümcül narkotiklərin və zorakılığın daxil olması üçün xarici terror təşkilatlarından istifadə edir.

“O, dünyanın ən böyük narkotik tacirlərindən biridir və milli təhlükəsizliyimizə təhdiddir. Buna görə də biz (onun haqqında məlumat üçün) mükafatı iki dəfə artırırıq”, – deyə Bondi bildirib.

Xatırladaq ki, 2020-ci ildə, yəni Donald Trampın ilk prezidentlik müddətində ABŞ Maduronu narkoterrorizm və kokain idxalı məqsədilə sövdələşmədə ittiham edib. Həmin vaxt ABŞ Venesuela prezidentinin ədalət məhkəməsinə gətirilməsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar təklif edib. Sonradan məbləğ 25 milyon dollara qaldırılıb. Qeyd edək ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra “Əl-Qaidə”nin lideri Üsamə bin Ladenin tutulması üçün də eyni məbləği təklif etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv