Uşaq bağçasının işçiləri qəzaya düşdü: 7 qadın…

Uşaq bağçasının işçiləri qəzaya düşdü: 7 qadın…






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #avtobus, #Hadisə, #Körpə, #Nəqliyyat, #Qax rayonu, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

10:47

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşüb.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarındakı işiq dirəyinə çırpılıb.

Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və daha hələki şəxsiyyətləri məlum olmayan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qax rayonunda baş vermiş yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, dünən saat 22:20 radələrində Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsilə səbəbilə 7 nəfər (qadın) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", – məlumatda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv