Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? – Rəsmi

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? – Rəsmi






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

presstvaz xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb.

Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır", – məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada sözügedən xəstəxanada işlədiyini iddia edən tibb bacıları azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə xəbərlər yayırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv