“WhatsApp”da çoxdan gözlənilən funksiya: Tətbiqi yükləməyənlər də çata qoşula biləcəklər

“WhatsApp”da çoxdan gözlənilən funksiya: Tətbiqi yükləməyənlər də çata qoşula biləcəklər






presstv

"Presstv"az #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Android” üçün “WhatsApp”ın beta versiyasında “Qonaq çatı” adlı yeni funksiya aşkar edilib. Bu funksiya mesencerdə qeydiyyatdan keçməyən şəxslərlə mesajlaşmağa imkan verəcək.

presstvaz-ın məlumatına görə, bu barədə “WABetaInfo” portalı xəbər verib.

Belə ki, yeni çat yaradarkən istifadəçi “telefon nömrəsi göstərmədən ünsiyyət qurmaq” seçimini edə biləcək. Tətbiq unikal bir link yaradacaq və bu keçidi həmsöhbətə göndərmək mümkün olacaq. Linkə daxil olan şəxs “WhatsApp”ın veb versiyasını açacaq və artıq yaradılmış çata qoşulacaq.

“Qonaq çatı” çərçivəsində yalnız mətn yazışması dəstəklənəcək və zaman məhdudiyyəti yoxdur; media faylların, sənədlərin, stikerlərin və GIF animasiyalarının göndərilməsi isə mümkün olmayacaq. Bununla belə, bütün mesajlar, adi söhbətlər kimi, xüsusi şifrələmə ilə qorunacaq.

Qeyd olunub ki, əgər həmsöhbət gələcəkdə mesencerdə qeydiyyatdan keçərsə, qonaq çatı saxlamaq və dialoqu artıq standart formatda davam etdirmək imkanı əldə edəcək.

Ekspertlər hesab edirlər ki, bu funksiyanın tətbiqi “Meta” şirkətinin “WhatsApp” istifadəçi bazasını genişləndirmək strategiyasının bir hissəsi ola bilər.

“Qonaq çatı”nın tətbiqin stabil versiyasında nə vaxt işə salınacağı hələlik məlum deyil. Ehtimal ki, funksiya növbəti böyük yeniləmələrdən birində təqdim olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv